Xəbər lenti

Arzu və Leyla Əliyevalar sərgidə - FOTOLAR
Ölkə05:16 15.11.2013

Arzu və Leyla Əliyevalar sərgidə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heydər Əliyev Fondunun vitse-prezidentləri Lalla Essaydinin işlərindən ibarət sərgidə olublar

Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, “YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, L.Essaydinin “Zaman və gözəllikdən kənar” (Beyond Time and Beauty) adlı sərgisini təqdim etməkdən şərəf duyuruq. Fikrimizcə, bu tədbir bizim qədim tarixdən də məlum olduğu kimi, vizual ənənələr içində boya-başa çatan Bakı ictimaiyyətində dərin maraq doğuracaqdır. A.Mahmudova sərginin təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirmişdir.

Sonra incəsənət elmləri namizədi, şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova rəssam L.Essaydinin yaradıcılığını, o cümlədən onun burada nümayiş etdirilən əsərlərini yüksək qiymətləndirmiş və sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etmişdir.

Sonra rəmzi açılışı bildirən lent kəsilmiş və sərgiyə baxış olmuşdur.
Gələn il yanvarın 14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.


Qaynar.info