Xəbər lenti

“ASAN” xidmət məhkəməyə verildi
Ölkə13:25 25.10.2013

“ASAN” xidmət məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist Elmin Bədəlov Vətəndşalara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyini (ASAN) məhkəməyə verib.

Jurnalistin bu addımı atmasına səbəb bu ilin avqustunda quruma ünvanladığı informasiya sorğusuna cavab verilməməsidir. Bu səbəbdən jurnalist oktyabrın 24-də məhkəməyə müraciət edib və məhkəmədə onun hüquqlarını qorumağı Media Hüququ İnstitutu (MHİ) öz üzərinə götürüb.   

E.Bədəlov sorğusunda qurumun 2013-cü il büdcəsinin məbləği, büdcənin xərclər üzrə göstəriciləri, ştat cədvəllərinin surətləri, əməkdaşların sayı, maaşları, qurumun Həsən Əliyev küçəsindəki ofisinin statusu (binanın fiziki və ya hüquqi şəxsin mülkiyyətində olması) ilə bağlı informasiyalara cavab istəyib.    

E.Bədəlovun vəkilləri məhkəməyə təqdim etdikləri iddiada informasiya sorğusuna cavab verilməməsinin qanunsuz olduğunu, informasiya sahibinin informasiya əldə edilməsi ilə bağlı qanunun tələblərinin pozmasını iddia edirlər. Məhkəmədən ASAN-ın üzərinə jurnlasitin informasiya sorğusunu cavablandırmaq vəzifəsi qoyulması xahiş edilir.

Qaynar.info