Xəbər lenti

“ASAN xidmət”də işıqlar sönəcək
Ölkə09:10 30.03.2019

“ASAN xidmət”də işıqlar sönəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "ASAN xidmət” mərkəzlərinin işıqları söndürüləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Hər il mart ayının son şənbə günü dünyada "Yer saatı” aksiyası keçirilir. Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir. "ASAN xidmət” olaraq bu il də xidmət mərkəzlərinin fasad işıqlarını 1 saatlıq söndürməklə bu hərəkata qoşuluruq”, - deyə qurumdan bildirilib.