Xəbər lenti

“ASAN xidmət“ə direktor təyin olundu - FOTO
Ölkə17:02 25.08.2015

“ASAN xidmət“ə direktor təyin olundu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni təyinat olub. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsinə Adil Qasımov təyin edilib.
Adil Qasımov artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Adil Nazim oğlu Qasımov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993-1996-cı illər ərzində Türkiyə "Balıkesir texnik hazırlama okulu"nda rabitəçi gizir ixtisasında təhsil alıb, 1996-1997-ci illərdə Türkiyə "Ankara astsubay hazırlama okulu"nda rabitəçi gizir ixtisasını davam etdirib. 1998-2003-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıb. 2003-2008-ci illərdə "Maidə" kiçik müəssisəsində mühasib vəzifəsini yerinə yetirib. 2008-2013-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft kəmərləri idarəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzi iyulun 14-də açılıb. Mərkəz Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti 115-də yerləşir. 
Qaynar.info