Xəbər lenti

Asbestə tələbat getdikcə artır
Ölkə08:39 18.11.2016

Asbestə tələbat getdikcə artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016-cı ilin yekunlarından biri dünyanın sürətlə inkişaf edən iqtisadiyyata malik dövlətlərin sayəsində asbestə qlobal tələbatın artımıdır. 

Azərbaycan da onların sıralarında olmaq niyyətindədir. Söhbət Hindistan, Çin, İndoneziya, Vyetnam və Asiya-Sakit Okean regionunun digər ölkələrindən gedir. Bununla da asbestin itirəcək heç nəyi olmayanlar üçün material olduğu barədə tezis təkzib olunub.  

Son bir neçə onilliklər ərzində bu tezis lobbiçilər tərəfindən dünyanın ən iri tikinti materialları istehsalçılarının kütləvi şüuruna yeridilir. Onlar asbest tərkibli materialların bazardan uzaqlaşdırılması tələbi ilə məhdudlaşmırlar. Onlar üçün ən mühüm məsələ - tikilmiş binalarda artıq tətbiq edilmiş asbestli məmulatların tam dəyişdirilməsidir. 1980-ci ildə antiasbest kampaniyasının başlandığı ABŞ-da bu məsələ müvəffəqiyyətlə həll olunmuşdur. 1987-ci ildə ABŞ-da asbest təhlükəsinə təcili reaksiya Aktı qəbul edilib və ona əsasən hər bir məktəb asbest mövcudluğuna dair yoxlamadan keçməlidir. Sözügedən mineraldan "qurtulmaya" təxminən 45 min məktəb məruz qaldı. Məktəblərin ardınca eyni prosedur digər bələdiyyə və başqa binalarda da keçirildi. Müxtəlif məlumatlara görə, antiasbest kampaniyası ABŞ-a ən az $200 mlrd. dollara başa gəlib. 

Sual yaranır - hansı səbəbdən sürətlə inkişaf edən ölkələr nəinki indiyədək asbestdən imtina etməyiblər, hətta, onun istehlak həcmini artırırlar. Əslində isə məlum olur ki, onlar ən müxtəlif məmulatların, ilk növbədə isə tikinti materialların istehsalında tətbiq olunan sözügedən lifli mineralın amfibol və xrizotil növlərini bir-birindən ayırmağı öyrəniblər. Əgər amfibol asbestinin lifləri ağ ciyərə düşərək, demək olar ki, ifraz olunmursa, yumşaq elastik xrizotil lifləri isə orqanizmdə asanlıqla həll olunaraq maksimum 2 həftəyə oradan təmizlənir. 

Asbestin bugünkü dirçəlişi onun dəqiq təhlükəsizlik meyarlarının, və ən əsası, onlarla beynəlxalq iş standartlarının meydana gəlməsi sayəsində mümkün olub. Beynəlxalq əmək təşkilatının 162 saylı Konvensiyaları mineralın istifadəsini tənzimləyən əsas sənədlərdən biridir. Konvensiya amfibol asbestindən istifadəni qadağan edir və xrizotilin nəzarət altında istifadəsinin leqallığını elan edir.

Yeri gəlmişkən, amfibol asbestin əsas ehtiyatları məhz ABŞ və Avropa ərazisində cəmlənmişdir. Vaxtilə Qərbdə tikinti materiallarının istehsalında - hələ asbestin müxtəlif növlərinin xüsusiyyətlərinin tədqiq edilmədiyi vaxtda məhz ondan istifadə edirdilər. Buna görə də ABŞ-da və Avropada asbestlə mübarizə aparanların həyəcanı əsassız deyil. Lakin onların asbesti özü-özlüyündə qadağan etmək cəhdi -  o cümlədən Qərbdə getdikcə daha çox təəccüb doğurur. 

Bu arada xrizotilin əsas dünya ehtiyatlarının cəmləşdiyi keçmiş Sovet İttifaqı ərazisində asbestin məhz bu növündən tikintidə və digər sahələrdə istifadə ediblər və istifadə etməyə davam edirlər. Və məhz keçmiş SSRİ ərazisində yerləşən yataqlar, xrizotilə olan qlobal tələbatın əksər hissəsini təmin edir. Bu tələbatın artması isə bu yataqların işlənməsi sahəsində ən iri şirkətlərə - "Uralasbest" və "Orenburqskiye mineralı" - tarixdə ilk dəfə Rusiyanın 200 ən iri ixracatçısı sırasına daxil olmağa imkan verdi. 

Qaynarinfo.Az