Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı məlumat "Ecofront” Qeyri Hökümət Təşkilatının rəsmi sosial hesabənda yayılıb.
Məhkəmədə iş adamı Raqib Məmmədova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub.
Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır.
Bildirilib ki, daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı.
Qeyd edək ki, bir müddətdir "Ecofront” Haftoni meşəsinin məhv edilməsinə qarşı kampaniya aparırdı. Onların mübarizə apardığı Raqib Məmmədov Lənkərandakı asfalt zavodunun sahibidir və "Asfalt Raqib” adı ilə tanınır.
Şərhlər