Xəbər lenti

ASGA Rusiyada layihəyə başladı
Ölkə06:49 19.09.2014

ASGA Rusiyada layihəyə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusu bütün Slavyan ölkələrində müzakirə olunacaq.

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” (ASGA) İctimai Birliyi Rusiyada “Azərbaycan müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” mövzusunda yeni layihəyə başlayıb. Müsabiqə-müzakirə formatında təşkil olunacaq layihənin müddəti bir aydır. 

ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov layihənin əsas məqsədinin eks-prezident Heydər Əliyev irsinin dünyada tanıdılması, təbliğ edilməsindən ibarət olduğunu deyib: “Bu istiqamətdə biz bütün Slavyan ölkələrində eyni formatlı layihələr reallaşdırmaq niyyətindəyik. Rusiyada bu istiqamətdə çox böyük işlər görülüb və görülməkdədir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti hər bir QHT üçün örnək olmalıdır. Biz də öz növbəmizdə bu istiqamətdə aparılan işlərdə daha yaxından iştirak etmək niyyətindəyik”.

Qaynar.info