Xəbər lenti

Asif Şirəliyev reytinq turnirinin ən yaxşı hakimi seçildi
Ölkə21:10 03.03.2026

Asif Şirəliyev reytinq turnirinin ən yaxşı hakimi seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı güləş referisi Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirinin ən yaxşı hakimi seçilib.
Qaynarinfo xəbər verir ki, I-S kateqoriyalı hakim fevralın 25-dən martın 1-dək baş tutan reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.
Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.