
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan hökumətinin təşkil etdiyi tədbirlərdə iştirak etmək məqsədilə ABŞ-ın Kaliforniya ştatına gedib.
Partiyanın mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, Asim Mollazadə səfər zamanı deputatı olduğu Nəsimi rayonu ilə qardaşlaşmış San-Dieqo şəhərinin rəsmiləri, burada fəaliyyət göstərən yəhudi və türk icmalarının rəhbərləri ilə də görüşəcək. Millət vəkilinin San-Dieqodakı bir sıra universitetlər və fikir mərkəzlərində görüşləri də nəzərdə tutulub.
Qaynar.info