Xəbər lenti

Asim Mollazadə İstanbul zirvə toplantısına getdi
Ölkə07:13 20.11.2013

Asim Mollazadə İstanbul zirvə toplantısına getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Atlantik Şurasının Enerji və İqtisadi sammitində iştirak etmək üçün İstanbula gedib.

Qayanr.info-ya daxil olan məlumata görə, özünün 5-ci ildönümünü qeyd edən bu zirvə toplantısında dünyanın siyasi və biznes liderləri enerji, iqtisadiyyat, siyasət, biznesin inkişafı, mövcud siyasi münasibətlər, qarşılıqlı əlaqələr sahəsindəki çətinliklər və digər məsələləri müzakirə edəcəklər. Burada Qara dəniz və Xəzər regionu, Yaxın Şərq, Balkanlar, ABŞ və Avropa Birliyi ölkələrinin regional və qlobal problemləri, onların həlli yolları barədə fikir mübadiləsi aparılacaq. Qarşılıqlı əlaqələrin genişləndirilməsi, problemlərin həlli imkanları araşdırılacaq. Toplantını giriş nitqi ilə Türkiyə prezidenti Abdulla Gül açacaq. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi, general Brent Skoukroft, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt, ABŞ və Türkiyənin enerji nazirləri və dünyanın digər nüfuzlu şəxsləri məruzə ilə çıxış edəcəklər. 21-23 noyabr tarixində keçiriləcək zirvədə 40-dan çox ölkədən 350 nəfərədək qonaq və 200-dən çox media nümayəndəsi iştirak edəcək. Qonaqlar sırasında yüksək səviyyəli siyasi liderlər, nazirlər, parlament nümayəndələri, beyin mərkəzlərinin və media qurumlarının rəhbərləri, biznesmenlər, analitiklər olacaq.

Qaynar.info