Xəbər lenti

Ölkə 11:27 03.11.2023

Asim Mollazadə: "Nazirlər qazilərin işinə baxmır"

Noyabrın 2-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının 2024-cü ilə büdcə müzakirəsi zamanı çıxışında deputat Asim Mollazadə nazirləri Qarabağ qazilərinin şikayətlərinə məhəl qoymadıqlarına görə qınayıb.

"Nazirlər qazilərin işinə baxmır", deyə deputat bildirib.

Asim Mollazadə qeyd edib ki, qazilərin işi ilə bağlı dəfələrlə müvafiq nazirlərə müraciət etsə də, problemlər həllini tapmayıb:

"Problem həllini tapmır. Nazirlər bunu etmir. Kim etməlidir? Vəziyyət gərgin olaraq qalır. Azərbaycan əsgəri diqqətdə olmalıdır. Büdcədə onların sosial istiqaməti üçün ayrıca göstərişlər olmalıdır. Əks halda onların problemlemləri həllini tapmayacaq".

Asim Mollazadə onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sovet idarəetməsindən hələ də xilas olmayıb:

"Müəyyən işlər görülür. Lakin hələ də sovet idarəetmə sistemindən xilas ola bilməmişik. Dövlət-özəl anlayışını yığışdırmaq lazımdır. Dövlət müəssisələri özəlləşdirməyə getməlidir. Ölkə müasirliklə ayaqlaşmalıdır. Əks halda iqtisadiyyatda artım olmayacaq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->