Demokratik İslahatlar Partiyasının sədri, 1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti kütləvi görüş keçirib.
"Bakı Tikiş Evi” ASC-nin qarşısındakı meydanda keçirilən görüşdə Asim Mollazadə seçki platformasında prioritet olan məsələləri açıqlayıb, seçiciləri maraqlandıran suallara cavab verib.
Şərhlər