Xəbər lenti

Aslan Aslanov harada dəfn olunacaq? - İH-dan açıqlama
Ölkə11:35 23.08.2018

Aslan Aslanov harada dəfn olunacaq? - İH-dan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov vəfat edib.
İcra Hakimiyyətindən reporta verilən məlumata görə, o, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Hazırda onun meyiti Bakı şəhərindən doğulduğu Şəmkir rayonunun Əliyaqublu kəndinə gətirilir və həmin kəndin qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, A.Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. O, 1993-cü ildən 2005-ci ilə qədər Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra 8 il kənd təsərrüfatı nazirinin müavini işləyib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü və Tbilisinin fəxri vətəndaşı olub.
Allah rəhmət eləsin!