Xəbər lenti

Aslan İsmayılov Bakıdakı məşhur oteli məhkəməyə verdi
Ölkə13:03 16.02.2015

Aslan İsmayılov Bakıdakı məşhur oteli məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış hüquqşünas Aslan İsmayılov "Hyatt Regency" otelinin "Oazis" idman kompleksini məhkəməyə verib. Bu barədə A.İsmayılov Facebook səhifəsində yazıb:  

“Haqlarım pozulduğuna görə 20 aprel 1995-ci il tarixdə "Azal" Dövlət Konsernini, 7 iyun 2004-cü ildə isə İngiltərə Hava Yollarını (British Airways) məhkəməyə verib müvafiq olaraq 3000 və 3200 ABŞ dollar məbləğində dəymiş ziyan ödətdirmişəm. 

Hal-hazırda isə "Hyatt Regency" otelinin "Oazis" idman kompleksini məhkəməyə vermişəm. Məqsədim ictimai yerlərdə insanlara qarşı olan hörmətsizliyi, baş verən mədəniyyətsizliyi ictimailəşdirmək və bu halların aradan qaldırılmasına nail olmaqdır”.

Hüquqşünas deyib ki, "Hyatt Regency" otelinə qarşı iddiasına 19 fevral 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək prosesdə baxılacaq.//azadliq.info

Qaynar.info