Xəbər lenti

Aslan İsmayılov vəkillikdən məhrum edildi
Ölkə12:24 08.05.2013

Aslan İsmayılov vəkillikdən məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovla bağlı intizam işinə baxıb. Kollegiya A.İsmayılovun vəkillik fəaliyyətinə xitam verilib.

Mayın 8-i 15:00-da Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovla bağlı intizam işinə baxacaq. Bu barədə A.İsmayılov özünün Facebook səhifəsində məlumat yayıb.

"İntizam komissiyasının rəyini oxuyanlar (məni və intizam komissiyasının üzvlərini tanımayanlar) mənim qədər vəkil nüfuzuna xələl gətirən ikinci şəxsin olmadığı qənaətinə gələrlər. VK Rəyasət Heyətini tanıdığımdan düşünürəm ki, mənim növbəti dəfə vəkillikdən çıxarılmam barədə qərar qəbul edəcəklər. Görəsən 1999-cu ildə, 41 yaşımda, məni yolumdan döndərib ələ baxan etmək istəyənlər qəbul etdikləri qərarın (http://www.youtube.com/watch?v=h6HM6MhrT7I) heç bir təsir etmədiyini görə-görə doğrudanmı yenidən artıq 55 yaşımda məni yolumdan döndərmək istəyirlər?! Hələ "bu aralarda" haqqımda qəbul edilmiş intizam tənbehlərindən danışmıram. Sadəcə bu "razborkalara" itirdiyim vaxta heyfim gəlir.

Tam səmimi deyirəm bu addımı atanlara və onlara züy tutmağı özlərinə şərəf bilənlərə sadəcə yazığım gəlir. Görəsən hər dəfə haqqımda qərara səs verdikdən sonra onlar ailələrinin, yaxınlarının üzlərinə necə baxırlar?", - deyə A.İsmayılov yazısında bildirib.

Qaynar.info