Xəbər lenti

Aslan İsmayılov Vilayət Eyvazovla görüşüb
Ölkə14:12 31.05.2013

Aslan İsmayılov Vilayət Eyvazovla görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Aslan İsmayılov daxili işlər nazirinin müavini Vilayət Eyvazovla görüşüb. Bu barədə APA-ya məlumat verən vəkil A. İsmayılov qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin (DİN) katibliyindən ona zəng edilib və görüş üçün DİN-ə dəvət olunub. Vəkil deyib ki, nazir müavini Vilayət Eyvazov onu dünən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) döyülməsi və təhqir olunması barədə verdiyi açıqlamalarla bağlı qəbul edib.

A. İsmayılovun sözlərinə görə, V. Eyvazov baş verən hadisənin ətraflı araşdırılacağını və günahkarların layiqli cəza alacağını bildirib.

Qaynar.info