“MTN-nə müraciət etməli oldum”Tanınmış vəkil Aslan İsmayılovun elektron poçtunun şifrəsi sındırılıb və elektron yazışmaları oğurlanıb. Bu haqda Aslan İsmayılov özünün facebook divarında status yazıb: “Bu ilin iyul ayının əvvəllərində
[email protected] email ünvanıma kənar şəxslər daxil olaraq, oradakı bütün məlumatları ələ keçirmiş və mənim istifadəmi qeyri-mümkün etmişlər.
Bu müddət ərzində peşəkarlar tərəfindən həmin ünvanı bərpa etməyə çalışdım. Ünvanın bərpası mənim üçün çox vacib idi, çünki bütün beynəlxalq aləmlə olan əlaqələrimin ünvanları orada idi. Bildirildikdə ki, ünvanın bərpası mümkün deyil, MTN-nə müraciət etməli oldum. Orada olan yazışmalardan mənim əleyhimə istifadə etmək üçün çalışanlara bildirirəm ki, özlərini yormasınlar. Mən nəinki yazışmalarımda, heç fikrimdə də heç vaxt qanunsuz əməl barədə düşünməmişəm, gördüklərim qanunsuzluqlar barədə fikrimi açıq şəkildə bildirməkdən də qorxmamışam”. //musavat.com
Qaynar.info