Xəbər lenti

Ağstafaçayda təhlükə - hər an daşqın ola bilər - VİDEO
Ölkə16:15 13.06.2016

Ağstafaçayda təhlükə - hər an daşqın ola bilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Güclü yağış Qazax rayonu ərazisindən axan Ağstafaçayda vəziyyəti təhlükəli həddə çatdırıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, sululuq yol verilən normadan artıq olduğundan daşqın təhlükəsi yaranıb.

Vəziyyət çayın məcrasındakı ərazilər, o cümlədən Qazax Diaqnostika Mərkəzi üçün kritik sayıla bilər. Təhlükənin qarşısını almaq və daşqının baş verməməsi üçün aidiyyəti qurumlar çayın ətrafında bənd bərkitmə işləri aparıb.

Qaynarinfo.az