Xəbər lenti

Ağstafada COVİD-19 infeksiyasına qarşı mübarizə diqqətdə saxlanılır (FOTOLAR)
Ölkə13:58 25.08.2021

Ağstafada COVİD-19 infeksiyasına qarşı mübarizə diqqətdə saxlanılır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafada COVİD-19 (koronavirus) pandemiyasına qarşı mübarizəni gücləndirmək məqsədi ilə növbəti reydlər keçirilib. 
Qaynarinfo xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və rayonun hüququ-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən reydlərdə ticarət, ictimai iaşə və xidmət obyektlərində, eləcə də rayon Mərkəzi bazarında mövcud şərait araşdırılıb, sahibkar və vətəndaşlarla maarifləndirici-profilaktik söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunub.