Bu gün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva da saxlanılıb.
Qaynarinfo xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, o, icra başçısı Nizaməddin Quliyevin saxlanıldığı əməliyyat zamanı tutulub.
Xəbəri dəqiqləşdirmək üçün Fatma Vəliyevanın mobil telefon nömrəsinə zəng edilsə də, cavab verən olmayıb.
Bundan əlavə, Ağstafa rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sənan Mustafayev də saxlanılıb.
O da icra başçısı Nizaməddin Quliyevin saxlanıldığı əməliyyat zamanı tutulub.