Ağstafa rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Köçəsgər kəndində vətəndaşa məxsus ümumi sahəsi 81 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info