Xəbər lenti

Ağstafada mikroavtobus 2 piyadanı vuraraq “KamAZ”a çırpılıb
Ölkə18:47 21.08.2020

Ağstafada mikroavtobus 2 piyadanı vuraraq “KamAZ”a çırpılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafada piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı  kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes VİTO” markalı mikroavtobus iki piyadanı vurub. Qəzada sonra mikroavtobus yol kənarında dayanan qoşqulu "KamAZ”a çırpılıb.
Qəza zamanı 2 piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.