Dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə Ağstafa rayonunda Vətən müharibəsi və Tovuz döyüşləri şəhidlərimizin ailələri ziyarət olunub.
Qaynarinfo xəbər verir ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və YAP Ağstafa rayon Təşkilatının könüllü gənclərinin iştirakı ilə şəhidlərimizin doğmalarına baş çəkilib, onlara bayram sovqatları təqdim olunub.