Xəbər lenti

Ağstafada sel körpünü dağıtdı - FOTO
Ölkə10:19 26.04.2015

Ağstafada sel körpünü dağıtdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Güclü yağışın səbəb olduğu sel Ağstafada ciddi fəsadlar törədib. "Kəpəz TV"nin məlumatına görə, son günlər qərb bölgəsinə yağan leysan xarakterli yağışlar çaylarda daşqınlara səbəb olub. Güclü yağış səbəbindən yaranan sel Ağstafada bir sıra fəsadlar törədib. 
Leysan yağışlar səbəbindən Poylu qəsəbəsində Ağstafa çayı üzərində qurulan körpü sıradan çıxıb. Adıçəkilən ərazidə alternativ yol olduğundan bu, gediş-gəlişə elə də problem yaratmayıb. Ancaq körpüdən keçən yük maşınlarının hərəkəti çətinləşib. Kənd sakinləri əvvəlcədən sel xəbərdarlığı aldığından mal-qara və ev quşlarında da tələfat olmayıb.
Selin çətinlik yaratdığı əraziyə rayon fövqəladə hallar komisiyasının əməkdaşları da baxış keçiriblər.  Komissiyanın sədri  Ramiz Tatarov bildirib ki, bağlı körpünün biri istifadəyə verilib, selin tam olaraq dağıtdığı körpü isə bir necə günə tam bərpa olunacaq. Qeyd edək ki, Ağstafa çayı öz mənbəyini Coxaz çayından götürdüyündən bir necə ildir bu çayda su qıtlığı yaşanırdı. Havaların yağmurlu keçməsi sözügedən çayda da suyu artırıb. 
Qaynar.info