Xəbər lenti

Ağstafada təbii fəlakət görün nələr etdi - FOTOLAR
Ölkə09:39 21.03.2017

Ağstafada təbii fəlakət görün nələr etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən axşam Ağstafa rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

"Qaynar" "report"-a istinadla xəbər verir ki, təbiət hadisəsi sakinlərə ziyan vurub.

Belə ki, külək nəticəsində iri ağaclardan qırılan budaqlar rayon mərkəzindəki marketin dam örtüyünün üstünə düşüb. Nəticədə dam örtüyü yarasız hala düşüb. 

Külək habelə rayonun Qırlı kəndində də sakinlərdən birinə ziyan vurub. Belə ki, kənd sakininin evinin yardımçı hissəsinin dam örtüyü tamamilə uçub. Nəticədə ev sahibinə xeyli ziyan dəyib.

Qaynar.Az