Xəbər lenti

Ağstafada uçan körpülərlə bağlı rəsmi açıqlama (FOTOLAR)
Ölkə17:43 11.05.2020

Ağstafada uçan körpülərlə bağlı rəsmi açıqlama (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçmasısı ilə bağlı məlumat yayıb.
FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, hadisə yerinə nazirliyinin aidiyyəti nümayəndələri cəlb edilib, müvafiq tədbirlər görülüb.
Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.
Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur. 
Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.