Xəbər lenti

Ağstafada yaşayış evində yanğın olub
Ölkə05:00 17.05.2016

Ağstafada yaşayış evində yanğın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 17 kv.m sahədə, həyətyanı sahədə tikilmiş ümumi sahəsi 28 kv.m olan yardımçı tikilinin içərisinə yığılmış ev əşyaları yanıb.
Qaynarinfo.az Fövqəladə Hallar Hazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yardımçı tikiliyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Qaynarinfo.az