Xəbər lenti

Ağstafada şəhidlərin yenidən qurulan abidə-kompleksinin açılışı oldu
Ölkə12:18 09.09.2021

Ağstafada şəhidlərin yenidən qurulan abidə-kompleksinin açılışı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa rayonunun Vurğun qəsəbəsinin mərkəzində 1990-cı illərdə şəhidlərin xatirəsinə inşa olunmuş abidə-kompleksi yenidən qurulub. Kompleksdə qəsəbədən olan 1 nəfər 20 Yanvar, 5 nəfər 1-ci Qarabağ müharibəsi və 3 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib. 
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə oraqnlarının rəhbərləri, şəhidlərin yaxınları, müharibə iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın xatirə lövhələri önünə tər qərənfillər düzərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.
Açılış mərasimində çıxış edənlər şəhidlərin ölkəmizin suverenliyi və azadlığı uğrunda  göstərdikləri qəhrəmanlıqlardan, eləcə də ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.