Xəbər lenti

Astan Şahverdiyevin qardaşı oğlundan status təkzibi
Ölkə10:24 26.12.2016

Astan Şahverdiyevin qardaşı oğlundan status təkzibi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir”.
Lent.az-ın məlumatına görə, bu sözləri deputat Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında yazıb.
O deyib ki, insanların əmisinin sözlərinə görə narazılığını başa düşür: “Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.
Qeyd edək ki, deputat “Azadlıq” radiosuna müsahibəsində belə demişdi: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burada baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.
***
Sözü gedən statusla bağlı Miq.Az-a zəng edən Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev bildirdi ki, bu status təxribat xarakterli statusdur. Ümumiyyətlə bu statusun yazılmasından belə xəbərim yoxdur. "Mən hərbçiyəm və siyasətə qarışmıram. Biz Şahverdiyevlər ailəsi cənab Ali Baş Komandanın əsgərləriyik! Bizim dəstəklədiyimiz bir siyasət var-Ulu Öndərimiz Heydər Əliyevin siyasəti! Şahverdiyevlər ailəsinin qürur duyduğu və daima siyasətini dəstəklədiyi bir İNSAN var- Ölkə prezidenti cənab İlham Əliyev...
Xahiş edirik ki, bizim adımızdan mətbuat orqanlarına provaksiya xarakterli məlumatlar yerləşdirilməsin. Millət vəkili Astan Şahverdiyev, yəni mənim əmim verdiyi açıqlamalara mətbuatda özü də aydınlıq gətirib və Azərbaycan xalqından üzr də istəyib. Bu məsələni şişirtmək və bizim adımızdan saytlara hansısa məlumatı yerləşdirənlərin məqsədlərini başa düşmürəm. İndidən bəyan edirəm ki, ola bilsin ki, bu qüvvələr adımızdan saxta profillər yaradıb nəsə yaza da bilərlər. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu kimi işlərdə diqqətli olsunlar!"
Qeyd edək ki, deputat "Azadlıq” radiosuna müsahibəsində belə demişdi: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.
Qaynarinfo.Az