Xəbər lenti

“Astara” İstirahət Mərkəzinin rəhbəri cərimələnib
Ölkə 18:53 03.03.2026

“Astara” İstirahət Mərkəzinin rəhbəri cərimələnib

Astara rayonunun Çayoba kəndində fəaliyyət göstərən "Astara” İstirahət Mərkəzinin rəhbəri 800 manat cərimələnib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Astara Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov bununla bağlı qərar çıxarıb. 

İş materiallarından aydın olur ki, "Astara” İstirahət Mərkəzi tullantı sularını kənara təyinatsız axıdıb. Bununla bağlı obyektin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması)  maddəsi ilə inzibati iş başlanıb. 

Astara Rayon Məhkəməsi də obyektin rəhbərini 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib.

Seyid

--> -->