Astara şəhər Park-Bulvar ərazisində abadlıq işləri görən işçilər həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, həbs olunanlar DOST MMC-də fəhlə işləyən şəxslər olub.
1990 və 1995-ci il təvəllüdlü Astara rayon sakinləri Astara şəhər Park-Bulvar ərazisində abadlıq işləri apararkən aralarına işə görə mübahisə yaranıb. Mübahisə sonradan davaya çevirilib. Onlar həmin ərazidə bir-birilərinə qarşı nalayiq ifadələr işlədiblər.
Hər iki şəxs barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1- ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə fəhlələrdən biri 15, digəri isə 5 gün müddətinə həbs olunub.
Aydın
Şərhlər