Xəbər lenti

Astaranı su basdı
Ölkə14:40 26.10.2016

Astaranı su basdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq 15 gündür ki davam edən yağışlar nəticəsində Astara rayonunda subasmalar və sürüşmələr müşahidə olunub. Virtualaz.org-a rayon İcra hakimiyyətindən verilən məlumata görə, əsasən bir neçə kənddə şəxsi təsərrüfatlar və həyətyanı sahələr su altında qalıb.

Sürüşmələr isə Degədi-Pilikəş avtomobil yolunun dağlıq hissəsində baş verib. Yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Astaraçayda suyun səviyyəsinin yüksəlməsi qeyd olunur. İcra hakimiyyətindən bildirildiyinə görə, bu il rayonda drenaj-suvarma və kanalizasiya sisteminin yenidən qurulması üzrə aparılmış işlər nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.

Qaynarinfo.Az