Xəbər lenti

Astaranın yeni icra başçısı kim olacaq?
Ölkə10:22 16.04.2014

Astaranın yeni icra başçısı kim olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev vəzifədən çıxarılacaq.

Bu barədə Qaynar.info-ya daxil olan məlumatda bildirilir. 

Məlumata görə Qəzənfər Ağayev birincü rübün hesabatından sonra rayonla vidalaşacaq. 

Gələn həftə bununla bağlı Prezidentin sərəncam verəcəyi gözlənilir. 

Mənbə bildirir ki, Qəzənfər Ağayev özünü doğrultmadığından Prezident Adminstrasiyasında onunla bağlı birmənalı fikir yoxdur. Həmçinin rayonda ciddi qanun pozuntularının olması və icra başçısının adının böyük korrupsiya qalmaqallarında, eləcə də bəzi xoşagəlməz hadisələrdə hallanması bu qərarın gerçəkləşməsinə əsas verib. 

Bundan başqa, icra başçısı vəzifəsindən azad olunduqdan sonra ona cinayət işinin açılacağı da istisna edilmir. Onun yerinə kimin gətiriləcəyi isə hələ ki, bəlli deyil. 

Məsələ ilə bağlı Qəzənfər Ağayevin mövqeyini öyrənə bilmədik. 

Qaynar.info