Xəbər lenti

Astronomlar ilk dəfə metal izi olan zombi ulduz kəşf etdi
Dünya 21:05 27.02.2024

Astronomlar ilk dəfə metal izi olan zombi ulduz kəşf etdi

İrlandiyadakı Armaq Rəsədxanasının və London Universitet Kollecinin britaniyalı astronomları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə çapıqlara bənzəyən metal daxilolmaların görünən izləri olan qeyri-adi sönmüş WD 0816-310 ulduzunu aşkar ediblər. Obyekt öz növünün ilkidir. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "The Astrophysical Journal Letters" (TAJL) elmi jurnalında dərc olunub.

Sönmüş ulduzlar və ya ağ cırtdanlar Günəş kimi ulduzların mövcudluğunun son mərhələlərində əmələ gəlir. WD 0816-310 kütləsi təxminən Günəşə bərabər olan Yer ölçüsündə bir cisimdir.

Kəşf müəlliflərinin fikrincə, WD 0816-310-un əsas xüsusiyyəti ağ cırtdanın zombi kimi ətrafdakı planetləri və asteroidləri udmaqla qəbul etdiyi metal izləridir

"Məlumdur ki, bəzi ağ cırtdanlar - ulduzların yavaş-yavaş soyuyan nüvələri - planetar sistemlərinin hissələrini yeyirlər. İndi biz kəşf etdik ki, ulduzun maqnit sahəsi bu prosesdə əsas rol oynayır və nəticədə ağ cırtdanın səthində çapıq əmələ gəlir", elmi qrupun rəhbəri, astronom Stefano Baqnulo bildirib.

Alimlər WD 0816-310-da tapılan metalların mənbəyini də müəyyənləşdirib. Onun diametri təxminən 500 kilometr olan planetin bir parçası olduğu ortaya çıxıb.

"Təəccüblüdür ki, material nəzəriyyənin proqnozlaşdırdığı kimi ulduzun səthində bərabər paylanmayıb. Əvəzində çapıq, düşən fraqmentləri idarə edən eyni maqnit sahəsi tərəfindən yerində saxlanılan planetar materialın cəmlənmiş bir parçasıdır. Biz əvvəllər belə bir şey görməmişdik", dryə qrupun rəhbəri bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->