Xəbər lenti

Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən yanğınlar başladı
Ölkə19:34 06.08.2021

Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən yanğınlar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb.
"Report” xəbər verir ki, iki gün öncə Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb.