Xəbər lenti

Ağsuda avtomobilin sükanı kilidlənib, ailə qəzaya düşüb
Ölkə05:35 17.04.2022

Ağsuda avtomobilin sükanı kilidlənib, ailə qəzaya düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Hümbətov Fərid Hüseyin oğlu idarə etdiyi" Niva" markalı avtomobillə hərəkətdə olarkən sükan qəfildən kilitlənib.
Nəticədə F. Hümbətov idarəetməni itirdiyi üçün avtomobil qarşıdan gələn "Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə zamanı sürücünün həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Brilliant Ərəstun qızı yaralanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.