Xəbər lenti

Ağsuda yanğın başladı: əraziyə helikopterlər və təyyarə göndərildi
Ölkə11:52 29.08.2019

Ağsuda yanğın başladı: əraziyə helikopterlər və təyyarə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağsuda dağlıq ərazidə yanğın başlayıb.
Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Ağsu rayonu, Kəlağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1  "BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.