Sabah Aşuradır. Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-u, yəni Aşura günü hər il Bakı məscilərində və pirlərində qeyd olunur. Bu ilki Aşuranı Nardaranda daha möhtəşəm, qanlı-qadalı keçirmək üçün çox təəccüblü olsa da, İrandan xüsusi pullu dəstə gətirildiyi bildirilir.
Bu qrup təxminən 15 nəfərdən ibarətdir. Qrupun başçısı Səlim ağa Tehranda mərsiyəxan kimi tanınır. Kommersiya məqsədilə özünə qrup yaradıb.
Qaynar.info analitik.az-a istinadən xəbər verir ki, qrup mərsiyəxan, sinədöyən və baş yaranlardan ibarətdir. Məsələnin müəmmalı tərəfi Səlim ağanın qrupunun sabah Nardaranda pullu xidmət göstərəciyidir. Belə ki, sinədöyənlərin işi mərasimə gələnləri daha çox ağlatmaq, sinələrinə və başlarına vurulan zərbələrin güclü olmasına çalışmaqdır.
Baş yaranların vəzifəsinin isə meydandakıları bu işə cəlb etməyin olduğu vurğulanır. Beləliklə, sabah Nardaranda İrandan gələn qrup Aşura mərasiminə qatılan insanları daha çox sinə, baş döyməyə, qan tökməyə təhrik edəcək.
Qaynar.info