Xəbər lenti

Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək
Ölkə06:49 09.09.2019

Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.
Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: "Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".