Xəbər lenti

At maşına dəydi, sürücü öldü - FACİƏ
Ölkə16:26 06.09.2013

At maşına dəydi, sürücü öldü - FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

At Qəbələdə adam öldürdü

Yol qəzasında at ölümə səbəb oldu. Qaynar.info Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 21:10 radələrində Qəbələ rayonu Bunut kəndinin ərazisində Bakı şəhər sakini Ağamir Quliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolun hərəkət hissəsində dayanmış atı vurub.

Zərbənin təsirindən at yolun əks istiqamətində Vəndam qəsəbə sakini Seymur Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə dəyib.

Hadisə nəticəsində S.Nəbiyev yerindəcə keçinib.

Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Qaynar.info