Xəbər lenti

Ata Abdullayevlə bağlı qərar verildi
Ölkə19:37 13.03.2021

Ata Abdullayevlə bağlı qərar verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özünü bloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.
Qaynarinfo Demokrat.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş.
Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub.
İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.