Xəbər lenti

Ata körpə oğlunu öldürdü - Şəmkirdə dəhşət
Ölkə08:45 17.08.2015

Ata körpə oğlunu öldürdü - Şəmkirdə dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə tükürpədici cinayətin üstü açılıb. Qaynar.info Trend-ə istinadən xəbər verir ki, bu ilin aprelində 1983-cü il təvəllüdlü Fariz Mirzəyev ögey oğlunu öldürüb, uşağın cəsədini qəbiristanlıqda basdırıb.
Onun qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi 2012-ci il təvəllüdlü Nihadı qətlə yetirdiyi üzə çıxıb. Rayonun İrmaşlı kənd sakini olan F.Mirzəyev avqustun 16-da şübhəli şəxs qismində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info