Xəbər lenti

Ata oğlunun sevgilisini öldürdü - Bakıda
Ölkə06:19 28.04.2016

Ata oğlunun sevgilisini öldürdü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qətl törədilib.

Suraxanı rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olan 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən Y. Raskov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qaynarinfo.az