Xəbər lenti

Atakule bayrağımıza "büründü"
Ölkə19:03 28.05.2021

Atakule bayrağımıza "büründü"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rənglər ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.
Qaynarinfo xəbər verir ki, Atakule üstündəki işıq-şou 28 may – Respublika Günü münasibətilə təşkil olunub. Rəngli tabloda yazılan "Azərbaycanın milli günü mübarək olsun!” ifadəsi qüllədə davamlı olaraq "hərəkət edir”.
Qeyd edək ki, milli təqvimimizə aid mühüm günlərdə Atakulenin Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılması ənənə halını alıb.
İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.