Xəbər lenti

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi (FOTO)
Ölkə06:28 27.11.2022

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.
"Qafqazinfo” xəbər verir ki, dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.
Ətraflı
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. 
Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.