Bakı bulvarında bir nəfər özünü öldürmək istəyib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, hadisə yerinə nazirliyin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində özünü suya ata gənc qız xilas olunub.
Lent.az-ın məlumatına görə, araşdırmalar zamanı özünü dənizə ataraq intihar etmək istəyən şəxsin kimliyi məlum olub. Məlum olub ki, özünü öldürmək istəyən şəxs 16 yaşlı B.T.-dir. Qızın evdən qaçdığı və valideynlərindən qorxduğu üçün intihar etmək istədiyi məlum olub.
Qız bildirib ki, atası və qardaşı tərəfindən döyülübmüş. Ona görə də acıq edib evdən qaçıb. Faktla bağlı araşdırma aparılır.
Qaynar.info