Xəbər lenti

Atasını baltalayan Bakı sakini 7 il həbs aldı - FOTOLAR
Ölkə09:38 23.01.2015

Atasını baltalayan Bakı sakini 7 il həbs aldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Atasını baltalayan Xəzər rayon sakini 7 il cəza alıb.

Qaynar.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Xəzər rayon sakini Şamil Rzayevin (1997-ci il təv.) təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

İttiham aktına əsasən, ötən il mayın 10-da Xəzər rayonunun Türkan qəsəbəsində, üzümçülük sovxozunda Şamil Rzayev yaşadığı evdə atası Qalib Rzayevin baş nahiyəsinə balta ilə üç zərbə endirərək, onu qətlə yetirib. Elə həmin gün Şamil Xəzər RPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs ifadəsinə atasının ailə üzvlərinə əzab verdiyini göstərib, fərdi əməklə məşgul olan mərhum hər gün spirtli içki qəbul edib, sonta isə sərxoş vəziyyətdə evə gələrək onları təhqir edib və döyüb. 

Məhkəmənin hökmü ilə Ş. Rzayev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qaynar.info