Xəbər lenti

Atatürk, yoxsa Yossi Kohen? - Türkiyəni qarışdıran ŞOK İDDİA
Ölkə 11:40 19.11.2013

Atatürk, yoxsa Yossi Kohen? - Türkiyəni qarışdıran ŞOK İDDİA

Türkiyədə sosial şəbəkələrdə və bloqlarda   Türkiyə dövlətinin qurucusu  Mustafa Kamal Atatürk haqqında sensasia doğuracaq məlumat yayılıb.

Avropa.info  xəbər verir ki,  yayılan məlumatlarda  həqiqi Mustafa Kamalın  1911-ci ildə Trabulsda  ingilislər tərəfindən öldürüldüyü  və  sonradan Türkiyə dövlətinə rəhbərlik edən şəxsin həqiqi  Mustafa Kamal deyil, yəhudi iş adamı  Yossi Kohen olduğu bildirilir. İddiaya görə, Osmanlı ordusunun paşası olan  Mustafa Kamal  1911-ci ildə öldürüldükdən sonra, işğalçı qüvvələr  prosesləri nəzarətə almaq üçün  yəhudi  iş adamını  sonradan Atatürkə çevrilən Müstafa Kamal adı ilə  tarixə sırıyıblar. Bu sensasion iddianı irəli sürənlər  Mustafa Kamalın 1911-ci ildə  Trablusda çəkdirdiyi fotonu  və sonrakı fotoları  yayaraq  şəkillər arasındakı fərqə diqqət çəkiblər. Bu məlumat Türkiyədə  sosial şəbəkələrdə  sürətlə yayımlanır. Qəribə burasındadır ki, bu şok iddia Atatürkün qurucusu olduğu  olduğu CHP-yə yaxın  bloqlarda  da yayılıb. Hələlik Türkiyənin tarixçı alimləri bu haqda hər hansısa  şərh verməyiblər.

Türkiyənin məşhur "Extra Versiyon" səhifəsində bu haqda yazılır:

"Mustafa Kemal Atatürk diye bir kişilik dünyaya gelmemiştir. Bize fotoğraflarda, görüntülerde gösterilen şahsiyet, Yahudi bir iş adamı Yossi Kohen’dir. Gerçek Mustafa Kemal, 1911′de Trablusgarp’ta şehit oldu. Son yüzyılımızın en büyük aldatmacası olan ve altı asırlık tarihimizi de propaganda çöplüğüne gömen bir muamma söz konusu. Bağımsız tarih bilimine duyulan saygı ve cesur tarihçilerimiz sayesinde tarihi gerçekler tozlu raflardan indirilip gözler önüne seriliyor neyse ki."

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->