Xəbər lenti

Atdan yıxılan Cəlal Qurbanovun vəziyyəti necədir? - Atası danışdı
Ölkə06:15 06.06.2022

Atdan yıxılan Cəlal Qurbanovun vəziyyəti necədir? - Atası danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Novxanıda atdan yıxılan, daha sonra itlərin hücumuna məruz qalaraq xəsarət alan iş adamı, nəğməkar-şair Cəlal Qurbanov hazırda özünü yaxşı hiss edir. 
Bu barədə Qaynarinfo-ya Cəlal Qurbanovun atası Cavanşir Qurbanov məlumat verib.
Cavanşir Qurbanov oğlunun vəziyyəti ilə bağlı danışıb: "Hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur. Yanında olmuşam və artıq özünə gəlib. Reanimasiyadan palataya köçürülüb. Yerə üzüstə çırpıldığı üçün əsasən burun nahiyəsindən ciddi xəsarət alıb. Bel-boyun nahiyələri normaldır. MRT də olunub. Atdan yıxılarkən ciddi əzilib. İt dişləməsi də olmayıb. İtlər atlara hücum ediblər. At hürküb, yıxılıb. Nəticədə də bu hadisə baş verib”. 
Cavanşir Qurbanov olayın oğluna qarşı hər hansı bir təxribat hadisəsi olmadığını da bildirib: 
"Cəlalın hər kəs xətrini çox istəyir. Təxribat da deyil. Çəkiliş edirmiş. Bu zaman da hadisə baş verib. İnşallah, hər şey yaxşı olar”.
Əhməd