Xəbər lenti

“Atəşgah” sığortada vergi yoxlamaları başladı
Ölkə13:55 24.04.2017

“Atəşgah” sığortada vergi yoxlamaları başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vergilər Nazirliyi “Atəşgah" sığorta qrupunda səyyar vergi yoxlamalarına başlayıb.
"Qaynar" “Report”a istinadən xəbər verir ki, yoxlamalar qrupa daxil olan həm “Atəşhag Sığorta” ASC-də, həm də “Atəşgah Həyat Sığorta” ASC-də aparılır.
Bununla əlaqədar maliyyə holdinqinin qapılarının möhürləndiyi, əməkdaşların iş prosesindən müvəqqəti kənarlaşdırıldığı bildirilir.
Vergilər Nazirliyi hələ ki, yoxlamalarla bağlı açıqlama verməyib.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
“Atəşgah Həyat Sığorta” isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə məxsusdur. 
Qaynar.Az